eReklam.az
Hörmətli istifadəçi, məlumatlarınızın məxfiliyinin qorunması eReklam.az üçün çox vacib amillərdən biridir. Nəzərinizə çatdırırıq ki, eReklam.az “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinin tələblərinə uyğun olaraq ad, elektron poçt ünvanı, telefon nömrəsi, cins və ya bu kimi şəxsi məlumatları digər üçüncü şəxsə və ya quruma ötürmür. eReklam.az qeydiyyat zamanı daxil etdiyiniz şəxsi məlumatlarınızı (ad, e-mail, telefon nömrəsi, cins) yalnız sizin mobil tətbiqdən istifadə etməyiniz üçün istifadə edəcək.
Bu məxfilik siyasəti eReklam.az saytıeReklam mobil tətbiqində qeydiyyat zamanı daxil etdiyiniz məlumatlara şamil olunur.

Ümumi mövqeyimiz
- eReklam.az saytından və ya eReklam mobil tətbiqində qeydiyyat zamanı sizin ad, e-mail, telefon nömrəsi və cinsiniz qeydiyyata alınır;
- eReklam mobil tətbiqində reklama baxdığınız zaman hər hansı digər saytlara keçid etdikdən sonra daxil etdiyiniz hər hansı şəxsi məlumatlar üçün eReklam.az məsuliyyət daşımır.

Şəxsi məlumatlarınız təhlükəsizliyi
- Sizin qeydiyyat zamanı daxil etdiyiniz telefon nömrəsi sizin eReklam.az saytında və mobil tətbiqdə giriş etməyiniz, şifrənizi bərpa etmək və s. kimi hallarda istifadə olunmaq üçün qeydiyyata alınır. Mobil nömrənizin digər istifadəçilər tərəfindən görünməsinə yol verilmir;
- Sizin adınız reklam əlavə etdikdə, reklama rəy bildirərkən, sizi dəvət edən dostunuz tərəfindən digər istifadəçilər tərəfdən görünə bilər;
- E-mail ünvanınız şifrənizi bərpa etmək və sizə hər hansı məlumatın göndərilməsi üçün tərəfimizdən istifadə oluna bilər. Digər şəxslər tərəfindən sizin e-mail ünvanınızın görünməsinə yol verilmir.

Ödəniş vasitələrinin təhlükəsizliyi
- eReklam.az reklam əlavə etmək üçün ödəniş edərkən təhlükəzliyi maksimum dərəcədə təmin olunmuş və ölkədə hamı tərəfindən qəbul edilən ödəniş şirkətlərinin xidmətlərindən istifadə edir;
- eReklam.az saytı və ya eReklam mobil tətbiqi sizdən, birbaşa olaraq, ödəniş kartı məlumatlarınızı tələb etmir və ya qeydiyyatını aparmır. Tərəfimizdən bu məlumatların, heç bir halda, görünməsinə yol verilmir.
- Hesabınızdan pul çıxarışı edən zaman daxil etdiyiniz hesab məlumatlarının (vəsaitin əlavə olunması üçün telefon nömrəsi, bank hesabı və s.) üçüncü şəxslərə və ya qurumlara ötürülməsinə yol verilmir.

Şəxsi hesaba giriş